Xəbər lenti

Premyer Liqa: XXI tura bu gün iki oyunla start veriləcək
İdman 09:21 20.02.2026

Premyer Liqa: XXI tura bu gün iki oyunla start veriləcək

Misli Premyer Liqasında XXI tura bu gün start veriləcək.

Qaybarinfo-nun məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

"Zirə" səfərdə "Turan Tovuz"un qonağı olacaq. Qəsəbə təmsilçisi hazırda 35 xalla üçüncüdür. 34 xala malik "Turan Tovuz" isə dördüncü pillədə qərarlaşıb.

Günün son matçı Sumqayıtda baş tutacaq. "Qəbələ" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. "Sumqayıt" 30 xalla beşincidir. Onuncu yerdə qərarlaşan bölgə təmsilçisinin hesabında 14 xal var.

Misli Premyer Liqası

II dövrə, XXI tur

20 fevral

17:00. "Turan Tovuz" – "Zirə"

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov.

VAR: Kamranbəy Rəhimov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

AFFA nümayəndəsi: İlham Əliyev.

"Azərsun Arena"

19:30. "Sumqayıt" – "Qəbələ"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.

VAR: Cavid Cəlilov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, XXI tura fevralın 22-də yekun vurulacaq.
--> -->