Xəbər lenti

Premyer Liqa: "Zirə" Tovuzda qalib gəldi
İdman11:56 24.02.2023

Premyer Liqa: "Zirə" Tovuzda qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.
Qaynarinfo xəbər verir ki, açılış matçında "Turan Tovuz" "Zirə"ni qəbul edib. Tovuz şəhər stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Hər iki qol ilk hissədə vurulub. 27-ci dəqiqədə Moiz Adileu, 2 dəqiqə sonra isə Hamidu Keyta fərqlənib.
Bu qələbə ilə xallarını 35-ə çatdıran "Zirə" 4-cü pillədəki mövqeyini qoruyub. 26 xalı olan "Turan Tovuz" isə 6-cıdır.
Günün son oyununda "Qəbələ" "ASCO Arena"da "Səbail"in qonağı olacaq.
Qeyd edək ki, turun "Şamaxı" - "Sabah" və "Sumqayıt" - "Kəpəz" oyunları fevralın 25-də, "Qarabağ" - "Neftçi" görüşü isə fevralın 27-də keçiriləcək.