
Çeçenistan prezidenti Ramzan Kadırov maşını 241 km/saat sürətlə sürüb.
Musavat.com xəbər verir ki, bunu sübut edən video Çeçenistan prezidentinin İnstagram səhifəsində yerləşdirilib. Videoda Ramzan Kadırovun səsi aydın seçilib. İstifadəçilərin şərhlərindən görünür ki, Çeçenistan rəhbərinin idarə etdiyi avtomobil “Mercedes-Benz ML 63 AMG” olub.
Bu arada isə ictimai təşkilatlar Ramzan Kadırovun sürücülük hüququndan məhrum edilməsini tələb edirlər. Rusiya qanunvericiliyinə görə, yollarda maksimal sürət 110 km/saat təşkil edir. Ramzan Kadırovun maşını çox yüksək sürətlə idarə etdiyi şəhərdaxili yollarda isə yol verilən maksimal sürət 60 km/saatdır.
Qaynar.info