Xəbər lenti

Prezident ABŞ-a iki həftə vaxt verdi
Dünya13:08 25.02.2013

Prezident ABŞ-a iki həftə vaxt verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əfqanıstanda keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısına qatılan prezident Həmid Kərzai ölkənin Müdafiə Nazirliyinə ABŞ hərbi qüvvələrinin paytaxta yaxın olan Vardak və Loqar bazalarından iki həftə ərzində çıxarılması təlimatını verdi. 

Qaynar.info-nun məlumatına görə, prezidentin sözçüsü Eymel Feyzi ABŞ xüsusi təyinatlılarının və onların yaratdığı qanunsuz silahlı birləşmələrin bəzi şəhərlərdə sabitsizlik yaratdığı, əhalini narahat etdiyi, buna görə də, prezidentin müdafiə nazirinə belə təlimat verdiyini söyləyib. 

Feyzi Vardak şəhərində bir tələbənin başının kəsilməsi və 9 nəfərin yoxa çıxmasının günahını da həmin qüvvələrin üzərinə atıb. 

Qaynar.info