Xəbər lenti

Prezident Administrasiyaya yeni rəhbər təyin etdi
Dünya08:04 05.08.2013

Prezident Administrasiyaya yeni rəhbər təyin etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İran prezidenti Həsən Ruhani sərəncam imzalayaraq Sənaye və Ticarət Evinin keçmiş rəisi Məhəmməd Nəhavəndiyanı Prezident Administrasiyasının rəhbəri təyin edib.

“Media forum” saytının məlumatına görə, avqustun 4-də vəzifəsinin icrasına başlayan Məhəmməd Nəhavəndiyan keçmiş prezident Məhəmməd Xatəminin hökumətində ticarət nazirinin müavini vəzifəsində işləyib, sonradan prezidentin müşaviri olub. O, İran parlamentinin hazırkı sədri Əli Laricani Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri olanda onun müavini vəzifəsində çalışıb.

Məhəmməd Nəhavəndiyanın İran Sənaye və Ticarət Evinin gücləndirilməsi, iqtisadiyyatda özəlləşdirmə siyasətinin aparılmasının tərəfdarlarından olduğu bildirilir. Amerikada təhsil aldığı, bu ölkənin “Green kard”ını (daimi oturum icazəsi)  aldığı vurğulanan Məhəmməd Nəhavəndiyan həm də əvvəlki prezident Mahmud Əhmədinejadın iqtisadi siyasətinin tənqidçilərindən biri kimi tanınırdı.

Qaynar.info