Xəbər lenti

Prezident aeroportun anqarında seçildi
Dünya19:04 08.02.2017

Prezident aeroportun anqarında seçildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Somalinin keçmiş baş naziri Məhəmməd Abdulla Məhəmməd ölkənin prezidenti seçilib.
Qaynarinfo.Az Trend-ə istinadən xəbər verir ki, prezidenti ölkə parlamentinin üzvləri seçiblər.
Yeni seçilmiş prezidentin parlamentarilərin qarşısında andiçmə mərasimi də baş tutub.
Qeyd edilir ki, Somalinin yeni seçilmiş prezidentinin ikili vətəndaşlığı var, ABŞ-da təhsil alıb.
Bu seçkilərdə ən maraqlısı isə odur ki, seçkilər Somalinin paytaxtı Moqadişuda ən təhlükəsiz yerdə - aeroport ərazisində yerləşən anqarda keçirilib.
Qaynarinfo.Az