Filippinin dövlət başçısı Rodriqo Duterte prezidentlik maaşının azlığından gileylənib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə hərbi qurumların birində çıxışı zamanı danışıb.
"Çox yoruluram, lakin bunun müqabilində nə qədər qazandığımı bilirsinizmi? 200 min peso (təxminən 3860 dollar). İki arvadım var. Bu səbəbdən ideal maaşım 1 milyon 500 min peso (təxminən 29 min dollar) olmalıdır. Zarafat etmirəm. Həqiqətən çox yorucudur. Oradan oraya uçursan, hamını salamlayırsan", - deyə Duterte bildirib.
O, həmçinin yemək üçün ayrıca məvacib də almadığını deyib.