Xəbər lenti

Prezident Azərbaycanla Türkiyə arasındakı iki sazişi təsdiqlədi
Siyasət11:11 01.03.2022

Prezident Azərbaycanla Türkiyə arasındakı iki sazişi təsdiqlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Prezidentinin digər fərmanı ilə isə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında balıqçılıq sahəsində əməkdaşlığa dair Saziş” təsdiq edilib.
Hər iki fərmanla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sazişin müddəalarının həyata keçirilməsini təmin etmək tapşırılıb.
Bundan əlavə, Azərbaycanın Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Hökumətinə bildiriş göndərməlidir.