Xəbər lenti

Prezident baş naziri
Dünya 14:37 24.05.2024

Prezident baş naziri "yalançı və qorxaq” adlandırdı

Argentina prezidenti Xavyer Miley İspaniyanın baş naziri Pedro Sançesi seçki kampaniyası zamanı Argentina siyasətinə qarışmaqda ittiham edib, həmçinin İspaniyanın baş nazirini "bacarıqsız yalançı və qorxaq” adlandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Barron” qəzeti məlumat yayıb

"Bu (İspaniyanın baş naziri – red.) bacarıqsız adamdır. O yalançıdır, qorxaqdır. O, nazirlərini mənə qarşı qoydu və seçki kampaniyası zamanı Argentina siyasətinə qarışdı”, - Miley bildirib. 

Argentina prezidentinin sözlərinə görə, İspaniyanın baş nazirinin həyat yoldaşına ünvanladığı ifadələrdən sonra Pedro Sançes "mənə cavab vermək üçün İspaniya və Argentina xalqları arasında olan əla münasibətlərin zərərinə bütün dövlət aparatlarından istifadə edib”.

Xatırladaq ki, Argentina prezidenti ilə İspaniyanın baş naziri arasında münaqişə mayın 19-da İspaniyanın sağçı Vox partiyasının Madriddə keçirilən qurultayında Xavyer Mileyin çıxışı zamanı başlayıb. Sonra Argentina prezidenti sosializmin siyasətini və onun gətirib çıxardığı hakimiyyətdən sui-istifadə səviyyəsini tənqid edib: "Onun rüşvətxor arvadı olsa belə, o, özü natəmizdir və bu barədə düşünmək üçün beş gün lazımdır". Miley dəqiq adlar çəkməyib, lakin bir ay əvvəl İspaniya məhkəməsi "Təmiz Əllər” sindikatının şikayəti əsasında biznesdə əlaqələrdən və korrupsiyadan istifadə etməkdə şübhəsi ilə İspaniyanın baş nazirinin həyat yoldaşı Beqonya Qomezə qarşı istintaq hərəkətlərinə başlayıb. 

Bundan sonra İspaniya Xarici İşlər Nazirliyinin rəhbəri Xose Manuel Albares Argentina prezidentinin "demokratiya və onun təsisatlarına hücumu” və diplomatik normaların pozulmasına görə açıq şəkildə üzr istəməsini tələb edib. Cavabında Xavyer Miley "heç bir halda” üzr istəməyəcəyini söyləyib və İspaniya hökumətinin özünün Madriddə keçmişdə "ksenofob, irqçi, ifrat sağçı, elm inkarçısı” adlandırıldığı üçün üzr istəməsini təklif edib. Mayın 21-də Madrid İspaniyanın Argentinadakı səfiri Mariya Xesus Alonso Ximenesin bir daha Buenos Ayresə qayıtmayacağını elan edib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->