Xəbər lenti

Prezident əleyhinə etiraz aksiyasına 1 milyon insan qatılacaq
Dünya07:36 26.11.2016

Prezident əleyhinə etiraz aksiyasına 1 milyon insan qatılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Seulda Cənubi Koreya lideri Pak Kın Xenə qarşı keçiriləcək etiraz yürüşünə rekord sayda insanın qatılacağı ehtimal edilir.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu gün baş tutacaq yürüşdə 1,5 milyon nəfərin iştirak edəcəyi gözlənilir. Sayca 5-ci olan şənbə aksiyasına ölkənin üç müxalifət partiyasının nümayəndələri qatılacaq. Bildirilir ki, təhlükəsizliyin təmin edilməsinə 25 minə yaxın polis əməkdaşı cəlb ediləcək.
Qeyd edək ki, bugünədək keçirilən digər 4 anti-hökumət yürüşündə rekord say noyabrın 19-da qeydə alınıb. Təşkilatçılar həmin gün milyondan çox insanın Seul küçələrinə çıxdığını deyir.
Qaynarinfo.Az