Xəbər lenti

Prezident əmr verdi: "Minin velosipedlərə!"
Dünya08:54 29.08.2013

Prezident əmr verdi: "Minin velosipedlərə!"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov xalqının sağlam və gümrah olmasını istədiyi üçün vətəndaşların velosipedə daha çox diqqət yetirmələrini əmr edib
 
Milli.Az AHT-yə istinadən bildirir ki, 2006-cı ildən bəri ölkəni idarə edən sabiq diş həkimi Q.Berdıməhəmmədov bazar günü ümummilli velosiped yarışının keçirilməsinə göstəriş verib.
 
Yarışa hazırlıq "Minin velosipedlərə!" şüarı ilə aparılır.
Prezidentin göstərişinə görə, yarışdan sonra bir ay ərzində ölkə miqyasında velosiped yürüşləri keçirilməlidir.
 
Həkimlər isə bildirirlər ki, bazar günü paytaxt Aşqabadda havanın temperaturunun +35 dərəcə olacağı gözlənilir. Bu isə ahıl və xəstə adamların velosiped sürmələrini riskli işə çevirə bilər.

Qaynar.info