Xəbər lenti

Prezident enerji nazirini işdən çıxardı
Dünya17:58 23.08.2015

Prezident enerji nazirini işdən çıxardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammədov enerji nazirini işdən çıxarıb. Azadliq.org bildirir ki, enerji naziri Geldi Saryev işindəki çatışmazlıqlara görə vəzifəsindən azad olunub. O, 2014-cü ilin yanvarından nazir idi.
Prezident nazirə deyib ki, "Siz 1 ildən çoxdur ki, nazir idiniz və Sizə pis işləməyinizlə bağlı 3 dəfə xəbərdarlıq olunub".
Prezidentin sözlərinə görə, işıq kəsilirdi və bununla bağlı çoxlu şikayət olurdu. Berdımuhammedov bildirib ki, qeydiyyatsız işıq istifadəçiləri, elektrik enerjisindən qanunsuz istifadəsi ilə bağlı istintaq aparılır.
Qaynar.info