Xəbər lenti

Prezident harada yaşayacaq?
Dünya05:33 29.10.2013

Prezident harada yaşayacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Marqvelaşvili "İmedi" kanalına açıqlamasında işinə yaxın mənzili olduğu üçün yeni iqamətgaha köçməyi düşünmədiyini deyib

Gürcüstanın yeni seçilən prezidenti Georgi Marqvelaşvili yaşayış yerini dəyişmək haqqında düşünmür. Gürcü mətbuatının verdiyi məlumata görə, bunu Georgi Marqvelaşvili "İmedi"nin efirindən bildirib.

Onun sözlərinə görə, iki evi var. Bunlardan biri Duşetidə, digəri isə paytaxtdakı işinə yaxın olan Tiflisdədir. Məhz buna görə, prezident yeni iqamətgaha köçmək niyyətində deyil.

Səfərlərində istifadə edəçəyi dilə gəldikdə isə,o ingilis dilinin beynəlxalq dil olduğunu və əgər bu dildə danışarsa ana dilinə hörmətsilik etməyəcəyini düşündüyünü deyib.

Georgi Marqvelaşvili bazar günü keçirilən seçkidə 62,11 faiz səs toplayaraq prezident seçilib. //ANS PRESS