Xəbər lenti

Prezident iftar süfrəsi verdi
Dünya06:01 26.07.2013

Prezident iftar süfrəsi verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ prezidenti Barak Obama bir neçə saat əvvəl Ağ Evdə müsəlmanlar üçün iftar süfrəsi verib.

Obama (yeməkdən əvvəl) Amerikalı müsəlmanlara sahibkarlar, texnoloqlar, tibb sahəsində pionerlər olaraq göstərdikləri xidmətlərə görə minnətdarlıq edib.

İftar süfrəsinə onun administrasiyasından rəsmilər, müxtəlif dini liderləri və dipmissiyaların üzvləri də qatılıb. Ağ Ev rəhbəri Ramazan ayından söz açaraq, orucluğun Allaha olan sadiqliyi göstərmək üçün ən yaxşı fürsət olduğunu dilə gətirib. Obama Ağ Evin müxtəlif dinlərin müqqəddəs günlərini qeyd etmək ənənəsini davam etdirdiyini və bu iftar süfrəsinin də bu ənənənin tərkib hissəsi olduğunu deyib.

Qeyd edək ki, bu Barak Obamanın Ağ Evin Dövlət Yeməkxanasında verdiyi sayca 5-ci iftar süfrəsidir.

Qaynar.info