Xəbər lenti

Prezident İlham Əliyevin mesajları nəyə hesablanıb? (ŞƏRH)
Siyasət 14:14 20.11.2023

Prezident İlham Əliyevin mesajları nəyə hesablanıb? (ŞƏRH)

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev Hərəkatın "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Bakıda keçirilən Konfrans iştirakçılarına müraciət ünvanlayıb. 

Xatırladaq ki, təşkilata üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycan 2019-cu ildə BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının sədri seçilib. 

Prezident bildirib ki, Azərbaycanın sədrliyi müddətinin yekdilliklə 2023-cü ilə qədər bir il daha uzadılması Bakının Hərəkat çərçivəsində fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir. 

İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan sədrliyi dövründə Bandunq Prinsiplərinə sadiq qalaraq Qoşulmama Hərəkatının gündəliyinin irəlilədilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində mühüm səylər göstərib. Dövlət başçısı onu da vurğulayıb ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı COVID-19 pandemiyasına qarşı qlobal səylərin səfərbər olunmasında aparıcı rol oynayıb:

"2020-ci ilin dekabr ayında Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyası təşkil edilib. Azərbaycan COVID-19 dövründə vaksinlərin ədalətli şəkildə bölüşdürülməsinə də mühüm töhfə verib. Bu müstəvidə Azərbaycan bəzi ölkələrin yürütdüyü "vaksin milliyətçiliyi” siyasətinə səssiz qalmayaraq, vaksinlərin ədalətli şəkildə bölüşdürülməsini təşviq etdi. Humanist dəyərləri əsas götürərək Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv dövlətlər olmaqla 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım göstərib. Bu il Azərbaycan Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiya fəsadlarının aradan qaldırılması məqsədilə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul edib". 

Prezident İlham Əliyevin bu mesajları Azərbaycanın humanist dəyərlərə, haqq-ədalətə söykənən bir dövlət olduğuna, dünyada mövqeyinin daha da artdığına, üzv və ya sədri olduğu beynəlxalq təşkilatların nüfuzunu yüksəltməyə qadir bir dövlət olduğuna verilən mesajlardır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->