
“Ölkədə ciddi islahatlara ehtiyac var”.
APA-nın verdiyi məlumata görə, bunu İran prezidenti Mahmud Əhmədinejad deyib. Onun sözlərinə görə, ölkənin varlığına təhlükə törədən, xalqın inkişafına maneçilik yaradan təxribatlara əl atılır: “Ona görə də normal imkanlarla həmin təhlükələrin qarşısını almaq olmur. Bu baxımdan İranda böyük addımlara və ciddi islahatlara ehtiyac duyulur. Bu gün İran düşmənlərinin ciddi təzyiqi altındadır. Ona görə də hər şeyi dəyişmək üçün mühüm addımlar atmalıyıq və bu da ilk növbədə siyasi qəhrəmanlıqdan keçir. Bu yolla həm İranın daxilində, həm də xaricdə siyasi mövcudluq xalqın lehinə dəyişməlidir”.
Qaynar.info