Xəbər lenti

Prezident ölkəsinin adını sevmir
Dünya20:36 11.10.2013

Prezident ölkəsinin adını sevmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən günlərdə Çex Respublikasının prezidenti Milos Zeman və İsrailin dövlət başçısı Şimon Peres arasında olan dialoqda dilə gətirilən kəlmə 20 illik mübahisəni yenidən qızışdırıb.

ANN.Az türk mətbuatına istinadən xəbər verir ki, Peres ingiliscə danışıb və bu zaman "Czech Republic" (Çex Respublikası) əvəzinə "Czechia" (Çexiya) kəlməsini işlədib. Bunu eşidən Zeman Peresə təşəkkürünü bildirib: "Mən də bu sözdən istifadə edirəm. Çünki həm çox sevimli, həm də soyuq "Czech Republic" ifadəsindən daha qısadır".

Amma bu sözlər heç də təsadüfən deyilməyib. "Prag Post" qəzetinə görə, Zeman və onun tərəfdarları bu ifadədən tez-tez istifadə edirlər.

"iknowczechia.com" internet saytında Çeçenistan və Çexoslavakiya sözlərinin Çex Respublikasının adı ilə qarışdırılmaması məqsədilə sıravi çexlərin də "Çexiya" sözündən istifadə etməsi təklif olunur. 

Sayta daxil olarkın bu cümlələrlə qarşılaşa bilərsən: "Salamlar olsun! Mənim adım Çex Respublikası. Çeçenistan ya da Çexoslavakiya deyil. Dostlarım mənə Çexiya da deyirlər".

Qaynar.info