Xəbər lenti

Prezident mindən çox insanın qətlini sifariş edib - ŞOK İTTİHAM
Dünya12:31 16.09.2016

Prezident mindən çox insanın qətlini sifariş edib - ŞOK İTTİHAM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Keçmiş muzdlu qatil Edqar Matobato Filippin prezidenti Rodriqo Duderteni minlərlə insanın sifarişli qətlində ittiham edib. O, bu haqda Filippin Senatında keçirilən dinləmələrdə bildirib.
“Duterte, Davao şəhərinin meri olaraq mindən çox insanın qətlini sifariş edib. Davao Duterte tərəfindən təşkil edilən ölüm eskadronuna daxil idi”, - o, deyib.
Dövlət başçısının özü ittihamlara cavab verməyib. Mətbuat katibi Martin Andanar bildirib ki, insan hüquqları üzrə komissiya daha əvvəl araşdırma aparıb və Filippin prezidentinin günahını sübuta yetirəcək dəlillər tapmayıb.
Qeyd edək ki, Filippin hakimiyyəti may ayında ölkə ərazisində narkotik ticarətinə qarşı ümummilli əməliyyatın keçirilməsinə başlayıb. İyunun sonunda dövlət başçısı vəzifəsini tutan Rodriqo Duterte seçkiqabağı proqramında psixotrop preparatlarla ticarətə son qoyacağına söz verib. Prezidentin verdiyi sərəncama görə, polis narkotiklərlə ticarətdə şübhələnən şəxslərə tərəddüdsüz atəş açmaq hüququna malikdir.(Publika.az)
Qaynarinfo.Az