
Ermənistan prezidenti Serj Sarkisyan fevralın 18-də keçirilən prekzident seçkilərini boykot etmək üçün aclıq aksiyası keçirən müxalifət lideri Raffi Ovannisyana əməkdaşlıq təklif edib.
Qaynar.info-nun məlumatına görə, İrəvan Azadlıq meydanında iki həftədir aclıq aksiyası keçirən Hovannisyana məktub göndərən Sarkisyan müxalifət liderinə aclıq aksiyasını dayandırmağı və əməkdaşlıq etməsi üçün birləşmək təklifi edib.
Qeyd edək ki, ölkədə keçirilən prezident seçkisindən sonra 36.7 faiz səslə ikinci olan Raffi Ovannisyan öz partiyasından olan bəzi şəxslərin dövlət postuna gətirilməsini Sarkisyandan tələb etmişdi.
Qaynar.info