Xəbər lenti

Prezident naziri işdən qovdu
Dünya13:15 29.05.2013

Prezident naziri işdən qovdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Litva prezidenti Dalya Qribauskayte ölkənin iqtisadiyyat naziri Biruyte Vesayteni işdən qovub. 

Qaynar.info-nun məlumatına görə, buna səbəb nazirin şəxsi təyyarədən istifadə etməsi olub. 

Prezidentin qərarını nazirə baş nazir Alqirdas Butkyaviçyus çatdırıb. Vesaytenin istefası iyunun 3-də reallaşa bilər. Onun vəzifəsini isə müvəqqəti olaraq ədliyyə naziri Youzas Bernatonis icra edəcək.  

Qeyd edək ki, Astanada keçirilən iqtisadi foruma qatılmaq üçün Vesayte özünün 8 yerlik biznes-klass təyyarəsindən istifadə edib. Bu da Litva dövlət büdcəsinə ziyan vurduğu üçün prezidentin xoşuna gəlməyib. 

Qaynar.info