
Türkmənistan prezidenti Qurbanquli Berdiməhəmmədov parlament nümayəndələri, nazirlər, hərbi və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə idmanla məşğul olub.
Qaynar.info xəbər verir ki, Berdıməhəmmədov məmurlarla birlikdə Aşqabadda Olimpiya şəhərciyinin tikintisi ilə tanış olub və fitness zalında olub.
Prezident məmurlarla birlikdə məşq edib, voleybol və stolüstü tennis oynayıb.
Qaynar.info