Xəbər lenti

Prezident nikah şahidliyi etdi - FOTO
Dünya06:18 13.09.2014

Prezident nikah şahidliyi etdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident sarayının fotoqrafçısı Yasin Bülbül və Semiha Türkmənin nikah şahidliyini edib.

Axar.az Anadolu Agentliyi-nə istinadən xəbər verir ki, Ərdoğan Ankara şəhərində yerləşən “Riksos” otelində mətbuata bağlı baş tutan toy mərasimində həyat yoldaşı Əminə Ərdoğanla birlikdə iştirak edib.

Otelə gələndə Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanı Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız və Ankara Bələdiyyə başçısı Melih Gökçək qarşılayıb.

Şahidliklərini prezident Ərdoğanla AKP Ankara millət vəkili Fatih Şahinin etdiyi cütlüyün nikahını Ankara Bələdiyyə başçısı Melih Gökçək kəsib.

Qaynar.info