Xəbər lenti

Siyasət 14:12 12.07.2023

Prezident Numan Kurtulmuşu qəbul etdi (YENİLƏNİB)

İyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib.

Qaynarinfo xəbər verir ki, Numan Kurtulmuş TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Dövlət başçısı Türkiyədə keçirilmiş prezident və parlament seçkilərində qələbə münasibətilə bir daha təbriklərini çatdırıb.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb. Numan Kurtulmuşun səfərinin əlaqələrimizin inkişafına töhfə verəcəyi qeyd olunub.

Söhbət zamanı Türk Dövlətləri Təşkilatının daha da gücləndirilməsinin, bu təşkilat və TÜRKPA formatında əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

13.13
 
İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?