
Gülnarə Kərimova bacısı Lolanın var dövlətinin İsveçrənin “Bilan” jurnalının yazdığından dəfərlərlə çox olduğunu bildirib.
Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova özünün "Twitter" səhifəsində bacısı Lola Kərimova-Tillayevanı yenə də ifşa edib. Anspress xəbər verir ki, Gülnarə Kərimova bildirir ki, onun bacısı Lolanın var dövləti İsveçrənin “Bilan” jurnalının yazdığından dəfərlərlə çoxdur.
Xatırladaq ki, “Bilan” jurnalı Lola Kərimovanı İsveçrənin varlı insanlarının siyahısına daxil edib. Lolanın öz isə var dövləti haqda jurnalda dərc olunan informasiyanı təkzib etmişdi.
“Real Estalker” dərgisinin yazdığına görə, Lola Kərimova Kaliforniyada 58, Cenevrədə isə 41 milyon dollara villa alıb. “Azadlıq Radiosu”nun Özbəkistan xidməti yazır ki, Lolanın əri Timur Tillayev Özbəkistana idxal olunan qida mallarına nəzarət edir. Onun həmçinin Daşkənd şəhərində “Abu-Sahi” adlı topdansatış bazarı da var.
Qaynar.info