Xəbər lenti

Prezident qızının sevgilisinə qarşı cinayət
Dünya18:15 11.06.2014

Prezident qızının sevgilisinə qarşı cinayət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın sevgilisinin prodüseri oğurlanıb.

ANS PRESS-in məlumatına görə, onun qohumları cinayətdə özbək hakimiyyətindən şübhələnir.

Dünən Moskvada naməlum şəxslər özbək prodüseri Mirsobir Xamidkariyevı oğurlayıblar. Cinayət hadisəsi Moskvanın mərkəzində onun arvadı və oğlunun gözləri qarşısında baş verib.

Özbəkistanda Mirsobir müğənni və aktyor Farux Saipovun administratoru kimi məşhurdur. Farux Saipov Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimovanın məşuqu idi.

Gülnarə-Saipov davası ayrılmaqla bitdikdən sonra müğənninin dostları repressiyalara məruz qalıb. Özbəkistanda onları ekstremizmdə ittiham ediblər. Farux Saipovun özü efirdən məhrum edilib. Onun prodüseri Xamidkariyev Rusiyaya qaçmaqla, burada qaçqın statusunu alıb. İndi Mirsobirin qohumları prodüserin oğurluğunda özbək hakimiyyətindən şübhələnirlər.

“O Moskvada heç kəsə lazım deyil, o Özbəkistana lazımdır. Farux Saipovla Gülnarə Kərimova arasında qalmaqaldan sonra o, Moskvada gizlənirdi, onu artıq keçən il oğurlamağa çalışırdılar, amma görünür, onlara buna indi müvəffəq oldular", - deyə anonimliyini qorumaq şərti ilə Mirsobirin dostlarından biri bildirib.

Mirsobir oğurluğundan əvvəl Rusiya mətbuatına müsahibə verməyə hazırlaşırmış. Dostlarının sözlərinə görə, bu müsahibədə Mirsobir Gülnarə ilə məşuqunun aralarında baş verən qaranlıq məqamlara aydınlıq gətirməyi düşünürmüş.
Yaxın vaxtlara qədər "Özbəkistanın şahzadəsi" adlandırılan Gülnarə ölkə rəhbərinin postunda 75 yaşlı atasının varisi kimi göstərilirdi. 2013-cü ilin oktyabrından İslam Kərimovun qızı ilə arasında ciddi problem yarandığı barədə mətbuatda mütəmadi yazılar gedib.

Prezident fərmanına əsasən Gülnarənin nəzarəti altında olan telekanallar və radiostansiyalar bağlanıb. Ona yaxın münasibətdə olan bir çox insanlar, həmçinin onun təhlükəsizlik xidmətinin başçısı ölkəni tərk ediblər. Gülnarə Kərimova özü bildirib ki, onu zəhərləmək istəyirdilər. Ailədə parçalanmanın səbəbi kimi milli təhlükəsizlik xidmətinin başçısıyla prezidentin qızının münaqişəsi göstərilir.

Qaynar.info