
Cənubi Koreyada ölkə tarixində ilk qadın prezident Pak Kın Xenin andiçmə mərasimi keçirilib.
Qaynar.info-nun məlumatına görə, prezidentin andiçmə mərasimində 70 mindən çox insan iştirak edib.
Andiçmə mərasimindən sonra paytaxt Seulda yeni prezidentin də iştirak etdiyi bayram tədbirləri keçirilib. Mərasimdə cənubi koreyalı reper PSY özünün məşhur "Gangnam Style" mahnısı ilə çıxış edib.
Qaynar.info