
Qaynar.info xəbər verir ki, mətbuatın problemlərinə toxunan Obama dünyada kağız qəzetlərin dövrünün bitdiyini deyib.
İnternet istifadəsinin gündən-günə artması və çap qəzetlərinin satışının azalmasından sonra ənənəvi mətbuatın da digər sektorlar kimi yeni dönəmdə özünə yer tapmaqda çətinlik çəkdiyini deyən Obama artıq işlərin keçmişdəki kimi getməyəcəyini söyləyib: "Orta sinifə girmək istəyənlər çətinlik çəkirlər. Bunu hər sahədə görürük. Bunu jurnalistikada da görürük. Keçmişdə hər yerdə yerli qəzetlər olurdu. Jurnalist olmaq üçün öz qəsəbənizdəki qəzetdə işləyib yaxşı pul qazana bilirdiniz. Bu gün isə yaxşı qazanan az sayda qəzet var ki onlar da beynəlxalq markalardır".
Qaynar.info