Xəbər lenti

Prezident Şamaxıya yeni icra başçısı təyin etdi (YENİLƏNİB)
Ölkə13:05 15.02.2013

Prezident Şamaxıya yeni icra başçısı təyin etdi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

SOCAR-ın şöbə müdiri Şamaxıya icra başçısı göndərilib

Prezident İlham Əliyev Şamaxı rayonu İcra hakimiyyətinə yeni başçı təyin edilməsi haqqında sərəncam imzalayıb. Qaynar.info-nun məlumatına görə, prezidentin sərəncamı ilə Asif Əzizağa oğlu Ağayev Şamaxı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Asif Ağayev SOCAR-ın şöbə müdiri olub.

14:18

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov vəzifəsindən çıxarılıb.

Qaynar.info-nun xəbərinə görə, bu barədə parlamentdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu barədə Prezidentin imzaladığı sərəncam yaxın saatlarda elan olunacaq.

S.Novruzov əlavə edib ki, Asif Məmmədovun yerinə kimin təyin edilməsindən xəbərsizdir. 

Qaynar.info