Xəbər lenti

Putin üçün daha bir gözəl rəqib (FOTOLAR)
Dünya13:49 30.10.2017

Putin üçün daha bir gözəl rəqib (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyalı tele və radio aparıcısı Yekaterina Qordon prezident seçkilərinə qatılacağı barədə açıqlama verib.
"Qaynarinfo" xəbər verir ki, seçkilərdə iştirak edən namizədlər üçün yaradılmış sayıtda o video müraciətlə, 37 yaşı olduğunu və öz hüququndan istifadə etmək istədiyini vurğulayıb.
O özünü uşaqların və qadınların hüquqlarını qoruyacaq namizəd kimi təqdim edib. "Mən yəqin ki, Prezident Administrasiyasının dəstəkləməyəcəyi yeganə namizədəm", deyə vurğulayıb. 
Qeyd edək ki, xarici KİV-ə istinadən xəbər veriri ki, bundan əvvəl də Kseniya Sobçak da seçkilərə qatılacağı barədə açıqlama verib. Onu da qeyd edək ki, 2008-ci ildə canlı efirdə Kseniya və Qordon arasında qalmaqa baş vermişdi.
Kseniya seçicilərə müraciət videosunu mətbəxdə, Qordon isə sobanın yanında çəkib. 
Seçki öncəsi sayıtda Qordon özünü jurnalist və öz hüquq şirkəti olan "Qordon və oğulları"ının təsisçisi kimi qeyd edib. Onun sözlərinə görə artıq 5 ildir ki, qadınların və uşaqların hüquqlarını müdafiə edir və Rusiyada olan mövcud problemlərdən xəbərdadır. O qeyd edir ki, Rusiya tənha analrın ölkəsidir və bu heç kimin vecinə deyil. 
Lalə
Qaynarinfo.Az