Xəbər lenti

Prezident seçkilərində rəqəmsal texnologiyalar tədbiq ediləcək
Dünya12:55 10.04.2013

Prezident seçkilərində rəqəmsal texnologiyalar tədbiq ediləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyun ayında İranda keçiriləcək prezident seçkiləri zamanı qeydiyyatın bütün mərhələləri rəqəmsal formatda həyata keçiriləcək. 

Trend "Fars" agentliyinə istinadən məlumat verir ki, bu barədə İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar bildirib.

Onun sözlərinə görə, elektron seçkilərin təşkilini idarə etmək üçün kompleks sistem yaradılıb.

Nəccar deyib ki, səsvermədən başqa, bütün seçki prosesi rəqəmsal texnologiyaların tədbiqi ilə həyata keçiriləcək.

Qeyd edək ki, İranda prezident seçkiləri iyunun 14-də keçiriləcək.

Qaynar.info