Xəbər lenti

Prezident seçkisinə qadın namizədlər də qatıla bilər
Dünya12:29 28.03.2013

Prezident seçkisinə qadın namizədlər də qatıla bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İranda iyunun 14-də keçiriləcək prezident seçkilərində qadınlar da öz namizədliyini irəli sürə bilərlər”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Konstitusiyaya Nəzarət Şurasının (Şuraye Negahban) sözçüsü Abbasəli Kəndxudayi bildirib.

Onun sözlərinə görə, seçki meydanına daxil olmaq üçün heç kimin qarşısında maneə qoyulmayıb: “İran Konstitusiyasının qadınların prezidentliyə namizədliyinə hansısa mane olub-olmamasına dair rəsmi müzakirə aparılmayıb. Amma hər hansı nəticə barəsində məlumatlar mütləq təqdim olunacaq. Xüsusilə 115-ci maddə ilə bağlı açıqlamalar lazımdır”.