Xəbər lenti

Prezident sevgilisini saraya gətirdi - FOTO
Dünya09:54 22.11.2014

Prezident sevgilisini saraya gətirdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fransa Prezidenti Fransua Olland ilk dəfə olaraq sevgilisi Julye Qaye ilə Yelisey Sarayında görüntülənib. Axar.az xəbər verir ki, cütlüyün Yelisey Sarayındakı şəkli “Vuasi” jurnalının üz qabığında yayımlanıb.
Jurnalın redaktoru Marion Alambert fotonun ötən ay sarayın kənarından çəkildiyini bildirib. Fotonun uzaqdan idarə olunan pilotsuz aparatla çəkildiyi iddialarını rədd edən redaktor pilotsuz təyyarədən istifadə etmədiklərini deyib.
Qeyd edək ki, bir müddət əvvəl Ollandın Julye Qayenin evindən çıxarkən fotoları yayımlanmışdı. Həmin hadisədən sonra prezidentlə uzun müddət sevgili olan Valeri Trierveller ondan ayrılmışdı.
Hətta Trierveller yazdığı kitabında ilan adlandırdığı Qayenin həftənin 4 gününü prezidentlə keçirdiyini yazmışdı.
Qaynar.info