Xəbər lenti

Prezident tədbirə sərxoş getdi - VİDEO
Dünya06:26 17.05.2013

Prezident tədbirə sərxoş getdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çexiya prezidenti Milos Zemanın bir neçə gün əvvəl yayılan videosu son günlərdə sosial şəbəkələrin ən çox danışılan mövzularından biri olub. 

ANN.Az-ın verdiyi xəbərə görə, videoda prezidentin vacib dövlət tədbirlərindən birində sərxoş şəkildə iştirak etməsi göstərilir. 

Keçən həftə Praqada yerləşən Müqəddəs Vita kilsəsində keçirilən Çexiyanın tax-tacına məxsus zinət əşyalarını nümayiş etdirmə mərasimində dövlət başçısı güc-bəla ilə ayaq üstə durub. O, mərasim zamanı addım atmaqda çətinlik çəkib, divara söykənib və kardinallardan birinin köməyi ilə ayaq üstə dura bilib.  

Bundan əvvəl də içkiyə aludəçiliyi ilə dəfələrlə gündəmə gələn Zeman tədbirə sərxoş şəkildə getdiyini inkar edib və xəstə olduğunu, bu vəziyyətə düşməyinin səbəbi kimi xəstəliyini göstərib. Bu il çəkilən videoların birində 68 yaşlı Zeman yenə də sərxoş şəkildə tədbirə gedərkən qeydə alınıb. Bu zaman ona hətta avtomobilindən düşmək üçün mühafizəçiləri kömək edib. 

Qaynar.info