Xəbər lenti

Prezident Təhsil Nazirliyinə 2 milyon manat ayırdı (SƏRƏNCAM)
Ölkə13:16 05.03.2020

Prezident Təhsil Nazirliyinə 2 milyon manat ayırdı (SƏRƏNCAM)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Ağstafa rayonunun Sadıqlı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncamla Ağstafa rayonunun Sadıqlı kəndində 360 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılıb.