
Kolumbiya prezidenti Xuan Manuel Santos üsyançı qruplaşma olan ELN ilə danışıqlara hazır olduğunu bəyan edib.
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Kolumbiya prezidentinin bəyanatı üsyançıların 7 ay girov saxladıqları Kanada vətəndaşını azadlığa buraxmasından sonra səslənib.
Qeyd edək ki, 1964-cü ildə yaradılan ELN Kolumbiyada FARK-dan sonra ikinci ən böyük üsyançı qruplaşma sayılır.