Xəbər lenti

Prezident uğurla əməliyyat olundu
Dünya17:15 08.10.2013

Prezident uğurla əməliyyat olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kristina Fernandes de Kirşnerin tərəfdarları xəstəxanaya gəlib onu dəstəkləyiblər

Buenos-Ayresdə Argentina prezidenti Kristina Fernandes de Kirşnerin üzərində aparılan əməliyyat uğurla keçib. ANS PRESS bildirir ki, prezidentin üzərində əməliyyat avqust ayında aldığı zədənin aradan qaldırılması ilə bağlı aparılıb.

Həmin əməliyyatdan sonra yaranmış kəllədaxili qançır beyinə həddindən artıq təzyiq göstərirmiş. 60 yaşlı dövlət başçısı əməliyyatla bağlı bir aylıq məzuniyyət götürüb. Həkimlərin dediyinə görə, bu cür əməliyyatların heç bir təhlükəsi yoxdur. Əməliyyat zamanı xanım prezidentin tərəfdarları xəstəxananın divarları ətrafında toplaşaraq onu dəstəkləyiblər.


Qaynar.info