Xəbər lenti

Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət edib
Ölkə06:02 10.05.2019

Prezident və ailə üzvləri Heydər Əliyevin məzarını ziyarət edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, doğmaları və yaxınları Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər. İlham Əliyev Heydər Əliyevin məzarı önünə əklil qoyub.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Sonra dövlət başçısı və ailə üzvləri Heydər Əliyevin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarlarını ziyarət edərək üzərinə gül dəstələri qoyublar.