Türkiyə prezidenti Abdulla Gül həmkarı Berdimuhammedovun ona hədiyyə etdiyi atın fotosunu tvitterdə paylaşıb. “Qafqazinfo” xəbər verir ki, prezident Gül atdığı tvitdə may ayında Berdimuhammeovun ona “Dost” adlı at bağışladığını xatırladıb: “Sağ olsun Türkiyə Birincilik Federasiyası “Dost”u İstabula gətirdi və onun qayğısına qalmaq məsuliyyətini üzərlərinə götürdülər. Mən də “Dostu”umu görməyə getdim. Gördüyünüz kimi maşalah kefi yerindədir”.
Qaynar.info
