Xəbər lenti

Prezident velosipeddən yıxıldı
Dünya04:15 16.09.2013

Prezident velosipeddən yıxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nikolas Maduro yıxıldıqdan sonra gülməkdən özünü saxlaya bilmədiyini deyir

Venesuela prezidenti Nikolas Maduro velosipeddən yıxılıb. Rusiya mətbuatının verdiyi xəbərə görə, prezident etiraf edib ki, yıxılan zaman o özünü gülməkdən saxlaya bilməyib.

Prezident Venesuelanın Vahid Sosialist Partiyasının gənclər hərəkatının beşinci ildönümünə həsr edilmiş tədbirdə velosiped sürürmüş. Maduronu həyat yoldaşı və Karakas rayonunun başçısı Xorxe Rodriges müşayiət ediblər.

“Mən Xorxe ilə söhbət edə-edə gedirdim və sükanı buraxdım. Biz toqquşduq, toqquşduqdan sonra gülərək durduq”- deyə Moduro bildirib.

Toqquşmadan sonra bir neçə velosipedçi də müvazinətlərini saxlaya bilməyərək yıxılıblar. //ANS PRESS