Xəbər lenti

“Prezident vəzifəsi əyləncə, realiti-şou deyil” - Obama
Dünya05:17 07.05.2016

“Prezident vəzifəsi əyləncə, realiti-şou deyil” - Obama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ seçiciləri prezident postuna namizəd Donald Trampa dəstək verməkdən əvvəl yaxşı götür-qoy etməlidirlər.

Bu barədə ABŞ prezidenti Barak Obama Ağ Evdə çıxış edərkən deyib.

“Dövlət başçısının üzərinə böyük məsuliyyət düşür. Prezident vəzifəsi əyləncə, realiti-şou deyil”, deyə B.Obama vurğulayıb. O, həmçinin ABŞ xalqının seçkilərdə ən layiqli namizədə səs verəcəyinə ümid etdiyini ifadə edib.

Mayın 4-də ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd, Trampın son rəqibi Con Keysik seçki kampaniyasını dayandırıb. Beləliklə, Donald Tramp qarşıdakı seçkilərdə partiyasının alternativsiz namizədi olub. 

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.(APA)

Qaynarinfo.az