Xəbər lenti

Prezident xalqdan üzr istədi
Dünya08:05 26.04.2013

Prezident xalqdan üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Serbiya prezidenti Tomislav Nikoliç Srebrenitsa qətliamına görə, Bosniya xalqından üzr istəyib. 

Qaynar.info-nun məlumatına görə, Bosniya televiziyasına açıqlama verən Nikoliç üzr istəyib, amma baş verənləri qoyqırım kimi tanımayıb: "Mən diz üstə çöküb Srebrenitsada baş verən cinayətə görə Serbiya üçün üzr istəyirəm. Xalqımız və dövlətimiz adından baş verən bu cinayətlərə görə üzr istəyirəm". 

Serbiya prezidenti yaxın günlərdə Srebrenitsaya səfər edəcəyini də bildirib. Amma Srebrenitsa anaları Tomislav Nikoliçin bu sözlərinin səmimiyyətinə inanmadıqlarını deyiblər. 

Qeyd edək ki, Serbiyanın keçmiş prezidenti Boris Tadiç də 2004-cü ildə Bosniya xalqından üzr istəmişdi. 

Qaynar.info