
Meksika prezidenti Enrike Penya Nyeto oktyabrın 31-də həmvətənlərini artıq çəki ilə mübarizə aparmağa çağırıb.
Qaynar.info-nun məlumatına görə, prezident bildirib ki, milyonlar meksikalının həyatı ciddi təhlükə qarşısındadır: "Biz artıq çəki və piylənmə epidemiyasının qarşısında əllərimizi sallayıb daya bilmərik".
Prezident meksikalıları gündə 1 saat fiziki əməylə məşğul olmağı, xüsusilə piyada gəzməyi məsləhət görüb.
Piylənməyə qarşı mübarizə çərçivəsində Meksika parlamenti kaloorili yeməklər və şirin qazlı sulara qoyulan vergiləri artırıb.
Qeyd edək ki, Meksikada hər 10 ailədən 7-si piylənmədən əziyyət çəkir.
Qaynar.info