Xəbər lenti

Prezident xalqla sosial şəbəkədə danışacaq
Dünya18:08 11.04.2013

Prezident xalqla sosial şəbəkədə danışacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məhəmməd Mursi hər axşam “Twitter”lə vətəndaşların suallarını cavablandıracaq

Misir prezidenti Məhəmməd Mursi hər axşam “Twitter” sosial şəbəkəsi ilə vətəndaşların suallarını cavablandıracaq. ANS PRESS-in məlumatına görə, bu barədə “The Guardian” yazıb. Misir dövlət başçısı mikrobloq vasitəsilə hər gün 21:00-dan 21:30-dək misirlilərlə ünsiyyət quracaq. Ancaq onun nə vaxtdan ölkə vətəndaşları ilə yazışmağa başlayacağı məlum deyil. 

Yerli və xarici müşahidəçilər qeyd edib ki, bu, Mursinin ünsiyyət və tənqid üçün açıq olan və söz azadlığını sıxışdırmayan insan obrazı yaratması istiqamətində növbəti addımdır.