
Argentina prezidenti Kristina Fernandes de Kirşner xəstəxanaya yerləşdirilib. Qaynar.info xəbər verir ki, tempraturunun yüksək olması səbəbidən həkim müdaxiləsinə ehtiyac duyub.
Həkimlər Marselo Ballesteros və Rikardo Solla prezidentin səhhəti ilə bağlı açıqlama verərək bildiriblər ki, 61 yaşlı Fernandes de Kirşner infeksiyaya bağlı yüksək tempratur səbəbindən Bunos Ayresdəki klinikaya yerləşdirilib.
Fernandes de Kirşnerin sabah Çili prezidenti Mişel Bakeletlə görüşü və Roma Papası Françiskusla video-konfransı təxirə salınıb.
Qaynar.info