
İranda qadın və kişilərin geyimlərinə müdaxilə edən əxlaq polisi nüfuzunu itirib.
Qaynar.info xəbər verir ki, iyul ayında keçirilən seçkilər zamanı qadınların geyimlərinə toxunulmayacağı vədini verən yeni prezident Həsən Ruhani dünəndən etibarən bu vəzifəni əxlaq polisinin əlindən alıb.
Ruhani polisin bu vəzifəni Daxili İşlər Nazirliyinə verib.
Qeyd edək ki, 1979-cu ildən sonra yaradılan əxlaq polisləri qadın və kişilərin geyimlərinə, saç düzümlərinə və ictimai həyatlarına böyük təzyiq göstərən əxlaq polisləri istədikləri vaxt pul cərimələri verə bilir, qaydalar çərçivəsində geyinməyənləri həbs edə bilərdilər.
Qaynar.info