Xəbər lenti

Prezidentə 250 metrlik məktub yazdılar - FOTO
Ölkə06:41 28.11.2013

Prezidentə 250 metrlik məktub yazdılar - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Məktubda prezidentdən Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” sazişinə qol çəkmək tələb edilir

Tələbələr bu gün axşam Ukrayna prezidenti Viktor Yanukoviçin administrasiyasına 250 metrlik məktub təqdim ediblər.

ANS PRESS “UNİAN”a istinadən bildirir ki, məktubda prezidentdən Avropa Birliyi ilə “Şərq tərəfdaşlığı” sazişinə qol çəkmək tələb edilir.

Tələbələr məktubu binadan xeyli aralı yerləşən Bank küçəsində təqdim ediblər. Çünki bina bir neçə avtobus və milis dəstələri ilə əhatələnib. 300 tələbə "Ukrayna Avropadır!", "Qol çək!" və s. kimi şüarlar səsləndiriblər. Adminstrasiyanı təmsil edən məmur çıxaraq onlardan məktubu alıb.

Qaynar.info