Xəbər lenti

Prezidentə “Qoyun dərisi geyinmiş canavar” dedi
Dünya06:33 02.10.2013

Prezidentə “Qoyun dərisi geyinmiş canavar” dedi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İsrail baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının tribunasında İranın bu yaxınlarda seçilən prezidenti Həsən Ruhanini xarakterizə edib.

 “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə, İsrail İrana nüvə silahı əldə etməyə imkan verməyəcək, hətta bu məsələdə yəhudi dövləti təklikdə qalsa belə.

Netanyahu BMT-dəki müraciətində onu da əlavə edib ki, İran nüvə silahı əldə edərsə bu, İsrailin gələcəyi üçün təhlükə ola bilər və digər ölkələri  islam ölkəsinə qarşı sanksiyaları saxlamağa çağırdı:

“Əhmədinejat canavar dərisi geymiş canavar idi. Ruhani isə qoyun dərisi geyinmiş canavardır. Mən Ruhaniyə inanmaq istərdim. Lakin bacarmıram. Ruhani bütün dünyanı aldatmaq istəyir”.

Buna cavab olaraq İran bəyan etdi ki, nüvə silahı hazırlamağı planlaşdırmır və İsrail prezidentinin bu çıxışı “ifrat qızışdırıcıdır”.

Qaynar.info