Xəbər lenti

Prezidentə sui-qəsd hazırlayan 9 nəfər saxlanıldı
Dünya04:36 11.06.2013

Prezidentə sui-qəsd hazırlayan 9 nəfər saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Venesuelada prezident Nikolas Maduroya sui-qəsd planlaşdıran 9 kolumbiyalı saxlanılıb. 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Venesuelanın daxili işlər naziri Miqel Rodriges bəyan edib ki, kolumbiyalılar paytaxt Karakasa gələrək, burada digər sui-qəsdçilərə qoşulmağı planlaşdırıbmış.  

Nazirin sözlərinə görə, əməliyyat çərçivəsində həbslər davam etdiriləcək.

 Xatırladaq ki, Nikolas Maduro 2013-cü ilin aprelində keçirilmiş prezident seçkilərində ölkə rəhbəri vəzifəsində xərçəngdən vəfat etmiş Uqo Çavesi əvəz edib.