Xəbər lenti

Prezidenti qoca qarıya bənzətdi
Dünya10:33 06.04.2013

Prezidenti qoca qarıya bənzətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Uruqvay prezidenti Xose Mujikanın açıq mikrofonu unutması Argentina ilə ölkəsi arasında qalmaqala səbəb olub. 

Qaynar.info-nun məlumatına görə, 77 yaşlı Mujika mətbuat konfransından əvvəl Karlos Enkiso adlı vali ilə danışarkən mikrofonun açıq olduğunu unudub. Uruqvay prezidenti söhbət zamanı Argentina prezidenti Kristina Kirşneri haqqında, "Bu qoca qarı ərindən daha pisdir" deyib. 

Onun bu açıqlaması Argentina ilə Uruqvay arasında qalmaqala səbəb olub. Argentina tərəfi ondan üzr istəməsini tələb etsə də, prezident bundan imtina edib. 

Mujika radioda verdiyi açıqlamasında üzr istəyəcək bir şey etmədiyini söyləyib: "İstədiklərini uydura bilərlər. Kimsə iki ölkə arasında yaxın münasibətə zərər verə bilməz". 

Argentina xarici işlər naziri Hektor Timerman isə rəsmi şəkildə şikayət edib.

Qaynar.info