
Argentina prezidenti Kristina Kirşnerin Buenos Ayres şəhərinin meri Daniel Skiolinin təşkil etdiyi açılış mərasimində geyindiyi qara tayt ölkədə qalmaqal yaradıb.
Qaynar.info xəbər verir ki, prezidentin biabırçı geyimi sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.
Bəzi sosial şəbəkə istifadəçiləri prezidentin geyimini bəyənsələr də, bəziləri "60 yaşlı qadına belə geyim yaraşmır" yazıblar.
Kristina Kirşnerin stilisti Karina Vilella bu cür geyimlərin protokol qaydalarına zidd olduğunu deyib. Amma bəzi qadın təşkilatları prezidentə dəstək veriblər. Feminist qruplar bir qadının istədiyi geyimi geyməkdə azad olduğunu deyərək, onu ittiham edənləri cinayətkar adlandırıblar.
Qaynar.info